Xortdanın Sumqayıt yolu məktubları |
Milli mətbuatımızın 150 illiyi münasibətiylə medal alan bütün vətəndaşları təbrik edirəm. Hardasa elə 150 min adama bu medal təqdim olundu, bu da ölkəmizdə söz azadlığının müsbət dinamikasını nümayiş etdirir. Müstəqilliyə təzə başlayanda bizdə cəmi 525 qəzet var idi, indi isə qəzetlərin, saytların, radio-telekanallarımızın sayını itirmişik.
Ancaq indi “Əkinçi” qəzetinin ideyalarından dəm vurmaq fikrim yoxdur, onsuz yavaş-yavaş kəndlilərimiz əkinçiliyi və heyvandarlığı yaddan çıxarırlar. Hamı şəhərlərə yığışıb ya tik-tok fenomeni olmağa çalışır, ya da icra hakimiyyətində məsləhətçi. Nəticədə paytaxtımızda tünlük, basırıq yaranmışdır. Bu haqda az sonra. Jurnalistlərimizin oxucu toplamaq üçün əl atdığı bicliklərdən biri də hansısa başqa diyarda olan hadisəni guya bizdəki kimi təqdim eləməsidir. Məsələn, başlıqda “Naziri qovdular” yazanda camaat maraqla açıb baxır, lakin hadisənin hardasa Hindistanda-filanda olduğunu görəndə umsuq qalır.
Bəzən isə belə oxucu aldatmalar çox simvolik mənzərə yaradır. Misal üçün, təzəlikcə........