Xeyirli yağıntılar
Təbiətin Bakı sakinlərinə yazığı gəldi, bu dəfə göydən buz yağdı. Yuxarılarda söz veriblər, daha Abşeron yarımadasına yağıntı maye şəklində düşməyəcəkdir. Elə düşəndə ev-eşiyi basır, camaat boğulur, kitab-dəftər islanır.
Zarafat edirəm, bizdə evdə kitab saxlamaq pis əlamət sayılır. Hansı evdə 100-dən çox kitab varsa onun sakinləri görünməmiş xəstəliklərdən ölürmüş. 150 kitablı evdəki qız uşaqlarını alan olmur, subay qarıyırlar. Kitab sayı 200-ü keçəndə gərək siçan-pişik idarəsini çağırasan, evi dərmanlasınlar, yoxsa orda yaşamaq qeyri-mümkündür.
Sabirin “Yığılıb dağ kimi hər yanda kitab, Evdə, dəhlizdə və eyvanda kitab. Deyirəm, ay kişi, bir gəl özünə, Bu nə işdir, a kül olsun gözünə!” şeirini oxumağa artıq ehtiyac qalmayıbdır. Maşallah.
Ona görə də, əgər sel-su günlərinin videolarını yadınıza salsanız, biz heç bir evdə yağışın kitab şkafını........
