Talesiz məişət tullantıları
Deyir, Gəncədə bazarı satışa çıxarmışlar, cəmi-cümü 16 milyon manata. Ən maraqlısı isə xəbərin başlığında ərazinin keçmiş icra başçısının adının keçməsidir. Məhz bu formada: “İcra başçısı Filankəs müəllimin bazarı satılır”.
Normal halda belə xəbər ola bilərmi? Ola bilməz. Çünki icra başçısının şəxsi bazar açmağa ixtiyarı yoxdur. Guya qanunla dövlət qulluqçusu, məmur, deputat-zad bizneslə məşğulat edə bilməz axı. Bizdə isə icra başçıları bazar açırlar. Sözün bütün anlamlarında.
Əlbəttə, axırda başçı çıxıb iddia edər ki, bu 16 milyonu mən maaşımı xərcləməyib, qətrə-qətrə yığmışam, halal puldur, işin içində korrupsiya axtarana da imam qənim olsun. Metronun keçmiş rəisi belə söyləməmişdimi? Ölüb deyə adını yazmağa artıq ehtiyac yoxdur, həmin rəisi keçmiş MTN reket-generalları tutub........
