menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Tərk edilənlərin mahnısı

16 0
18.05.2026

Avroviziya tipli manıs yarışmaları çox da maraq dairəmə daxil deyil, ancaq ölkəmizin adı, imici, bayrağı orda təmsil edildiyi üçün hər bir vətəndaş kimi məni də düşündürür. Ümumiyyətlə, biz çalışırıq ailəlikcə beynəlxalq konfrans və tədbirləri izləyək, qeyd edək, bu münasibətlə sevinək. Məsələn, Bakıda iqlim konfransı olanda ancaq havada gəzişirdik. İndi də şəhərsalma və arxitektura tədbiri münasibətiylə evdə remonta başlamışam. Sözgəlişi, bahaçılıq və ustaların naz-qozu üzündən artıq hamımız ustalıq öyrənməyə məcburuq. Mən özüm hazırda rəngsaz, santexnik, suvaqçı, dülgər, bağban peşələrinə yiyələnmişəm, elektrik olmaq üzərində çalışıram. Reklam çıxmasın, yəni, kimə usta lazım olsa xəbər eləsin, jurnalistikada dolanışıq zəifdir. Arxitektura məsələsi mənə həmişə Hacıbala müəllimi xatırladır. O, Bakının müdiri işləyəndə bir nəfər AXC üzvünün........

© Müsavat