Stress qovluğu |
Milli Məclisin 1-ci vitse-spikeri, tanınmış YAP-çılardan Əli Əhmədov deyib ki, Azərbaycan vətəndaşları gələcəyə daha ümidlə baxa bilirlər.
Əlbəttə. Biz nəinki gələcəyə, bugünümüzə və hətta keçmişimizə də ümidlə baxmağa başlamışıq. Hətta biz Ümid burnunda yaşadığımızı desək yanılmarıq. Ona görə də dünən xəbər yayılmışdı, “Omid” mağazalarının yiyəsini tutub içəri salıblar. Gəncə filialının müdirini basıb döyməkdə suçlanır. Filial müdiri isə satdığı malları basıb yeyibmiş.
Əgər omidlə ümidin təkcə səs oxşarlığını düşünsəniz və mənim söz oyunu elədiyimi zənn etsəniz yanılarsınız, omid elə ümid deməkdir, sadəcə, İranda, fars dilində. Bəs niyə bir azərbaycanlı dükanların adını farsca qoyub, ta onu məndən soruşmayın. Onsuz həmin dükanlarda satılan əşya və avadanlıqların adını bizim dildə heç dilçilik üzrə akademiklərimiz də bilmir. Məsələn, mənə bu yaxında 3 deşiyi olan elektrik aləti........