Ramiz Mehdiyev və korona
Boliviyada bir futbol komandası 6:0 uduzandan sonra baş məşqçi deyib ki, qapıçımızın ailəsini öldürməklə hədələyiblər, o üzdən qolları buraxmağa məcbur olubdur. Prokurorluq araşdırma aparırmış.
Fikrimcə, bizim prokurorluq da nümunə götürsə yaxşı olar. Bəlkə xarici qara qüvvələr Azərbaycan milli futbol komandasının oyunçularının ailə üzvlərini toplu şəkildə girov saxlayırlar, ona görə bütün oyunları uduzurlar?
Belə şeyləri diqqətdə saxlamaq lazımdır. Şeytan detallarda gizlənir. Hərçənd, bizim futbolçuların uduzmaqlarında artıq detal-metal qalmayıb, hər şey göz qabağındadır. (Bunu da yazanda sovet dövrü filmlərimizdən “Şeytan göz qabağında” yadıma düşdü. Allah şeytana lənət eləsin, onun təsirindən heç cür qaça bilmirik ki).
Yazının bu məqamında Astaranın Sirik kənd sakinlərindən foto-məktub gəldi, göstərirlər ki, o istiqamətdə bir neçə kəndi sivilizasiya ilə (guya biz Bakıda sivilizasiya........
