Qızmaq sezonu
Öncə zəhmətkeşlərimizi yayın girməsi münasibətiylə təbrik edirəm. 21 iyun, günorta saat 12 radələrində yay fəsli Azərbaycana daxil olmuşdur. Çox dəqiq məlumatdır, BDU astrofizika kafedrası tərəfindən təsdiq edilmişdir, yaya uyğun viza verilmişdir.
Maraqlıdır ki, qabaqlar bizdə yayın girməsi, məhərrəmlik, Qurban bayramı, Ayın tutulması, Şaxta babanın marşrutu və sairə dəyərli kalendar informasiyalarını Şamaxı rəsədxanası zəhmətkeşlərimizə çatdırırdı. İndi nədənsə bu monopoliyaya son qoyulmuşdur, artıq prosesə BDU qatılmışdır. Yəqin Ramiz müəllim akademiya sistemindən qovulandan sonra başqa idarələr də kalendara-zada baxa bilir. Mehdiyev bizə nə gün verirdi, nə işıq, nə təqvim.
Sözgəlişi, yayın girməsi özü-özlüyündə müsbət hadisədir, çünki bəzən fikirləşirdik ki, bizim ölkəyə hər kəs girmir. Həm quru sərhədlər bağlı olduğu üçün, həm girmək prosesi müəyyən dairələr tərəfindən inhisara alındığı üçün. Güman edirəm yay Bakı-Tiflis qatarı, yaxud aeroport yoluyla........
