menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qaçaraq “pripiska”

24 0
04.05.2026

Toylarımızda “Vağzalı” çalınması problemlərinin müzakirəsinə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də qoşulmuşdur. Ziyad müəllim APA-ya intervüsündə bildirmişdir ki, toylarda mütləq “Vağzalı” ifa olunmalıdır.

İntervünün ümumi ruhundan belə başa düşdüm ki, toyda yad mahnıların çalınması uşaq artımına, qayınana-gəlin münasibətlərinə, ümumiyyətlə, kənd təsərrüfatı və ağır metallurgiya sənayesinin inkişafına da mənfi təsir edirmiş.

Doğrudan da, belədir. Məsələn, mənim yadıma gəlir, İsveç alimləri bir dəfə araşdırma aparmışdılar, inəklərin yanında cürbəcür musiqilər səsləndirmişdilər. Məlum olmuşdu ki, caza və Bethovenə qulaq asan inəklər az süd verir, Maykl Ceksonu dinləyən danalar dingildəyib örüşdən qaçır, yeganə olaraq Azərbaycan xalq musiqisinin və muğamatın altında otlayan mal-qara ildə 1000 ton süd verir. Bu müsbət üsul indiyəcən bütün dünyada tətbiq edilir.

Yeri gəlmişkən, NASA 1979-cu ildə kosmosa “Voyacer” gəmisini fırlatmışdır,........

© Müsavat