Oğurluğun dərsliyi

Yaxud xəyanət üçün ayrılmış vaxt

Ramiz Mehdiyevi şanlı Elmlər Akademiyasından “İtiqovan” sistemləri ilə rədd edəndən sonra akademiklər “Kommunist” ruhunu hələ də özündə daşıyan (tək küçənin əski adı deyil, orda bina üzərində Sovet ulduzları hələ də qalır, sanki onu tikdirəndə milyonçu Musa Nağıyev bolşevik imiş) ofisindən İstiqlaliyyət küçəsinə tökülüşürdülər və hansısa cüvəllağı jurnalist əski rabitə naziri Əli müəllimdən çaparaq intervü almışdı. Sayın Abbasovun Mehdiyevi kəskin qınayan açıqlamasında bir detal mənim diqqətimi çəkdi. Deyir ki, heç inanmaq olmur bu cür xoşbəxt günlərimizdə, torpaqların azad edildiyi şəraitdə Mehdiyev belə cinayətlər törətmişdir, gərək belə etməzdi və sairə.

Ramiz müəllim nədə suçlanır? Dövlətə xəyanət, korrupsiya tipli şeylərdə. Yəni, əski rabitə nazirinin “məntiqiylə” Qarabağ işğal altında olan vaxt dövlətə xəyanəti və oğurluğu hardasa yola vermək, başa düşmək mümkün idi, indi isə yox.

Çox maraqlı, olduqca........

© Müsavat