Neft ləkəsi haqqında
Sovet dövründə Azərbaycan şairləri arasında guya Məhəmməd Hadinin halına acımaq istiqamətli nəzm quraşdırma dəbi vardı. Hadi kasıbçılıq üzündən şeirlərini satırmış – bu mifdir, ya gerçəkdir, düzü, xəbərim yoxdur, ancaq bizim şairlər bu temanı sözün əsl mənasında istismar edirdilər. Özünə hörmət qoyan-qoymayan hər kəs Hadinin şeir sataraq dolanmasından ən azı bir-iki misra şappıldatmalı idi. Hətta qələmini sovet-kommunist rejiminə satıb yaltaq mədhiyyələr quraşdıran şairlərin də bu mövzuda şeirləri olmalıydı. Sanki dövlət səviyyəsində tapşırıq verilmişdi. (Bəlkə həqiqətən elə tapşırıq vardı, çünki sovet inqilabından qabaq xalqın bütün zümrələri kimi, şairlərin də ac-yalavac dolanmağı qələmə alınmalıydı).
Bu yaxınlarda Binəqədi rayonu ərazisində küçədən neft çıxmağı haqqında xəbər yayılmışdı. Əlbəttə, bunun Hadi ilə əlaqəsini........
