Metroda əxlaqlı toxunuşlar
Yaxud Ali Məhkəmənin uşaq hüquqları barədə qərarı Nazirlər Kabinetinə tətbiq oluna bilərmi?
Keçən ilin axırlarında bir nəfər kişi xeylağını Bakı metrosunda zənən xeylağına qarşı qeyri-qanuni hərəkətlərinə görə 15 sutka həbs etmişdilər. Zənən məhkəmədə demişdi ki, kişi vaqonda gedərkən ona toxunurmuş. Əvvəl elə bilib təsadüfi toxunuşdur, sonra bunun davamlı olduğunu hiss edib, stansiyada polisə üz tutub və sairə.
Əslində bizim metroda hərəkət edərkən kiməsə toxunmamaq qeyri-mümkündür. Pik saatlarında, xüsusi basabas vaxtlarında isə bu halın davamlı şəkil alması labüddür, qaçılmazdır. Hara qaçacaqsan ki? Dar tunel, ətdən çəpər. Bəzən yad insanlar elə qucaqlaşır, heç toyda bəylə gəlin o cür mehriban olmur. Hesab edirəm ki, Ali Məhkəmə bu məsələ barədə hansısa yekun qərar çıxarmağa məcburdur. Konstitusiya Məhkəməsi də ola bilər – proseduru tam dəqiq bilmirəm. Qərar verilməlidir ki, insanlar........
