menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Marçıltılı situasiya

20 0
16.07.2026

2026-cı il futbol üzrə dünya çempionatı, xüsusilə onun yarıfinal oyunlarından İngiltərə-Argentina qarşılaşması bəzi azarkeşlərimizin yaddaşına aparıcının ağzını marçıldatması ilə həkk olunacaqdır. Messi və Keyndən çox biz həmin marçıltıya diqqət kəsilmişdik.

Əslində, bu yoldaş kimdirsə əvvəllər də, Çempionlar Liqası oyunlarında da marçıltıyla şərh edirdi. Televiziya məkanımızda ağzını marçıldatmayan şərhçi tapılmırmı? Əlbəttə, tapılır. Bəs niyə belə edirlər? Səbəb sadədir: tamaşaçıların əsəblərini möhkəmləndirirlər. Buna görə bütün Abşeron sakinləri adından dərin minnətdarlığımızı bildiririk.

Həmçinin, ölkəmizdə iqtisadi şərait o qədər gözəlləşib, aparıcılar bəlkə yemək-içməklə şərh edirlər, marçıltı ordan yaranır.

Sözgəlişi, Anton Pavloviç Çexovun bu temada bir maraqlı fikri var, deyir, mədəni insan sousu masaya dağıtmayan insan........

© Müsavat