menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Məzahir müəllimin 25-ci dəfə yola salınmaqlığı

20 0
02.04.2026

Xəbər yayılıb, deyirlər Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov işdən çıxarılacaq, pensiyaya göndəriləcəkdir. Bu məsələni vacib edən səbəblər isə belə sadalanır: guya Məzahir müəllim artıq qocalıbdır, 75 yaşı vardır, ailəsində milli mentalitetimizə yad mövzular qabarmışdır, nəhayət, apreldə MSK-nın təzə tərkibi seçilməliymiş. Gəlin bu amillərə bircə-bircə nəzər salaq.

Birincisi, doğrudan da Məzahir müəllim 25 ildir MSK sədri vəzifəsini tutur, yəni, ilk dəfə bu işə girişəndə cəmi-cümü 50 yaşı varmış. Bizdə pensiya yaşının, türkün sözü, erkəklər üçün 65 yaş olması məlumdur, deməli seçki idarəmizin müdiri 10 il artıq çalışıbdır, “bəs” deyə bilər. Ancaq niyə o, öz bilik və bacarıqlarını xalqımızdan əsirgəməlidir? Başqa variantımız varmı? Atalar demişkən, müqəddəs yer boş qalır, seçkiyə gedənin barmağı yaş qalır. (Ultrafiolet mürəkkəb vurulur, onu nəzərdə tutublar). Üstəlik, tarixi-administrativ təcrübəyə görə bizdə kiminsə özünün “bəs” deməsi heç nəyi həll........

© Müsavat