Məhəmməd Salahın deputatlıq perspektivləri |
Türkiyədə türk dünyası deputatları arasında futbol turnirində zədələnən deputatımızın ayağında əməliyyat aparılacaqdır. Bu xəbər bütün azarkeş və seçicilərimizi dərin kədərə boğmuşdur. Çünki deputatın uzun müddət yaşıl sahələrdən və boz sahələrdən (qanun yaradıcılığı müstəvisi, hesab edirəm, bu rəngdə olmalıdır) uzaq qalması ehtimalı güclənir.
Haşiyə çıxaraq FHN-in “Çelsi” ilə heç-heçə edən “Qarabağ”dan fərqli olaraq Çelsi üzərində vacib qələbəsini unutmamalıyıq. Belə bir bloqer var imiş, FHN idarə rəisinin oğlu ilə şən həyat yaşayırmışlar, sonra bloqer rəisin övladının nəsə milli mentalitetimizə uyğun olmayan davranışları haqqında açıqlamalar vermişdi, buna görə Kamal müəllim rəisi işdən aralaşdırmışdı. Bir növ, əvəzetmə baş vermişdi. Lakin srağagün açıqlanan qaynar xəbərə görə rəis yenidən işinə bərpa olub, Çelsi isə........