Kolbasa sexində işləyən atın hekayəsi
Süni intellektin həyatımızda rolu artır, ancaq təbii intellekti nə qədər işlətmiş və faydasını görmüşüksə, bunda da oxşar vəziyyət olacaqdır. Biz adətən necə deyirik? “Yüz fikir bir borcu ödəmir”, “Nə çox oxuyursan, bəlkə alim olassan?!”, “Filankəs o qədər oxudu, başı xarab oldu” və sairə. Hələ fikirin insanla cinsi əlaqəsi barədə biədəb, arqo məsəlimiz, deyim vardır ki, onu burda yazmıram, bilənlər bilməyənlərə danışsın.
Yəni süni intellektin dünya camaatını işsiz qoyacağı barədə qorxular, təşvişlər bizim ərazidə keçərli deyil, çünki biz onsuz da işsizik.
Avqustda beynəlxalq mediada xəbər verilmişdi, süni intellekt bir çətin riyazi məsələni həll etmişdi. Deyir, 80 ildir bu problemi alimlər həll edə bilmirmiş. Problemin qısa məzmunu isə bu cür idi: “Müstəvidə verilmiş istənilən sayda nöqtə üçün eyni məsafədə yerləşən nöqtə cütlərinin maksimum sayı nə qədər........
