Kanalizasiya üzərində uçarkən

(Ken Kiziyə nəzirə)

Payız isti keçirdi, xalq narahat olmuşdu ki, yağış yağmır, təbiətdə balans pozulur, hətta Xəzər quruya bilər. Xəzərin quruması isə orada süni adalar qurmaq planlarımızı əngəlləyəcəkdi. Nəticədə nəticələrimiz yaxşı yaşamaqdan məhrum olardılar. 

Allaha şükür, uca yaradan uca xalqın dualarını eşitdi, son vaxtlar göydən bir neçə vedrə su töküldü. Ancaq yağış başqa problemləri qabartdı. Həmişəki kimi. Bu dəfə Bakıda bir neçə binanın altı çökdü. Xəbərlərdə bizə məlumat böylə çatdırıldı ki, bunun günahı əlaqədar orqanlarda deyildir, camaat özü səhvə yol vermiş, evlərini kanalizasiya kollektor və xətləri üzərində ucaltmışlar: “Yenə də biz xalqı yiyəsiz qoya bilmərik, icra hakimiyyətində qəmissiyə yaradılmışdır, hazırda orada güclü iclas gedir, çıxışlar yağışlar kimi ara vermir, çalışmaq lazımdır ən azı iclas müddətində uşaq-muşaqlar kanalizasiya çuxuruna düşüb boğulmasınlar”. Sitatın........

© Müsavat