İşgüzarlığımızın əsas səbəbi |
“Uşaq yıxıldığı yerə baxar”(Azərbaycan ata sözü)
2006-cı ildə tanınmış rejissor Alfonso Kuaron “Bəşər övladı” adlı antiutopiya-triller janrlı filmini çəkib. Film gələcəkdə insan nəslinin kəsilməsi təhlükəsiylə üzləşməsindən bəhs edir – 18 ildir artıq bütün planetdə uşaq doğulmur. Heç bir yerdən uşaq səsi gəlmir, hamı bəşəriyyətin sonunun çatdığını düşünür, panika, xaos bütün ölkələri bürüyüb, yeganə olaraq Britaniyada hərbi rejim az-maz qayda-qanunu saxlaya bilir və sairə.
Filmin süjetini yazmaq fikrində deyiləm, kimə maraqlıdırsa internetdən tapıb baxsın. Yaddaqalan əsərdir və ekspertlərin, kino tənqidçilərinin arasında keçirilən bir sorğuda “21-ci əsrdə çəkilən ən yaxşı 100 film” sırasında 13-cü yeri tutub.
Təzəlikcə Bakıda bir məhəllədən keçirdim. Vaxtilə burda yaşamışdım və orada uşaq-muşaq əlindən tərpənmək mümkün olmadığını dəqiq xatırlayırdım. Futbol oynayan, saqqız kağızlarıyla əylənən, pişik........