menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İbtidai icma quruluşunda

23 0
06.05.2026

Ötən yazıya kiçik düzəlişlə başlayaq. Mən orda “şlaqbaum” sözünün almanca “kəsik ağac” anlamı verdiyini yazmışdım. Dəyərli dostum, riyaziyyatçı alim və almancanı da gözəl bilən İsmixan Yusub mesaj göndərdi, deyir, alman dilində o söz “şlagen” – “vurmaq” (zərbə mənasında) və “baum” – “ağac” sözlərinin birləşməsidir.

Təşəkkür edirəm, eyni zamanda, məndə belə fikir yarandı ki, əslində şlaqbaum elə qədim türk sözüdür. Nəyə görə? Fikir verin, biz də “vurmaq” feilini bəzən “şıllaq atmaq” kimi işlədirik. O cümlədən, “baum” sözü “bağ” sözünü yada salmırmı? Deməli, şlaqbaum tərtəmiz bizim sözdür, heç “əyilkeç”, “vurdayan”, “dombaldur” kimi yeni sözlər uydurmağımıza ehtiyac qalmır.

Birini də yazım, bəlkə camaat bilmir – “totem” sözünün türk köklü olması ehtimalı böyükdür. Çünki bu söz Şimali Amerika hindularının dilindən alınıb və orda da “dədə-babadan qalma adətlər, simvollar” mənasında işlənirmiş. Yəni, “totem” sözü “dədəm”........

© Müsavat