Heykəltəraşın xətası
Xətai bir gəraylısında belə söyləmişdi: “Mən gəzərəm ayıq-ayıq, Dəryalarda оlur qayıq, Bülbülləri şaha layıq, Gülü gərək yоl əhlinin”. Ona görə də uca millətimiz şah babasının heykəlini əvvəlcə yolun içində qoymuşdu. Sağdan, soldan, arxadan, öndən, yalan olmasın, üstündən də maşın keçirdi. Heykələ yaxınlaşıb nə baxmaq mümkün idi, nə ziyarət eləmək. Neçə xətaisevəri o yolda maşın vurub öldürmüşdü, hazırda bizim milli qurbanlarımız sırasında “Xətai qurbanları” adlı ayrıca səhifə vardır.
Əlbəttə, axırıncı bir qədər zarafatdır, daimi oxucularımızdan Ruslan müəllimin yazdığı kimi, deyir. ədəbiyyat müəllimimiz bizə söylərdi ki, həmişə sözü şişirdin, onda maraqlı olur. Gözəl təsbitdir, həqiqətən. Pis çıxmasın, dövrümüzə də uyğundur – bu saat kimin nəyə, harasına imkanı çatsa oranı........
