menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Hansısa Həsən haqqında

20 0
21.09.2026

Yəqin ki, bizdə yay tətilinin bitməsini istəməyənlərin başında nazirlər durur. Yox, yanlış anlaşılmasın, onlar bütün yayı çimərlikdə qarğıdalı, qarpız gəmirib, dondurma yalayıb, günəşdə qaralmırlar. Vacib işlərlə məşğul olmaqda davam edirlər. Məsələn, yollara motosikletli təcili yardım buraxılır, rayonda şərab festivalı keçirilir, məktəblər optimallaşdırılır, örüşlər mallaşdırılır, jurnalistlər araşdırılır və sairə.

Qafiyəsi yaxşı gəlirdi deyə yazdım, çox dərin mənasını axtarmaq lazım deyil. Ona qalsa, Tramp da ABŞ-da jurnalistləri Ağ Evə buraxmır. Ümumiyyətlə, mən siyasətə qarışmıram, əlaqədar orqanlar bunu nəzərə alsın.

Şərab festivalı yazdım, yaxşı yadıma düşdü. Rəsmi statistikaya inansaq, 2024-cü ildə Azərbaycanda 1 milyon 38 min dekalitr üzüm şərabı istehsal olunmuşdu. Keçən ilin, 2025-ci ilin hesabatında isə cəmi 554 min dekalitr. Azalma hardasa 50 faizdən çox idi. Belə çıxır ki, bizdə hökumət şərab festivalı keçirdikcə........

© Müsavat