menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Gözəl oğlan, ver yaylığı

12 0
friday

Bu gün 9 oktyabrdır və indiki uşaqlar bilməz, 1998-ci ilədək bizdə Ordu günü məhz 9 oktyabr sayılırdı. İlk dəfə 1992-ci ilin 9 oktyabrında Azadlıq meydanında ordumuzun paradı keçirilmişdi. Deyəsən, bayram da elə buna görə idi. O paradı yaxın küçələrin birindən canlı izlədiyim yadıma gəlir. Müdafiə naziri Rəhim Qazıyev nəsə anekdota oxşar bir avtomobildə meydandan keçirdi, prezident Əbülfəz Elçibəyə əsgər salamı verərək. Sonra helikopterdən paraşütlə tullanan əsgərlərdən biri bulvardakı ağacın üstündə ilişib qalmışdı. Axşama yaxın ağacı kəsib gənci aşağı düşürdülər (bunu zarafat edirəm, bəlkə də əsgər indiyəcən ordadır).

Sözümün canı odur ki, 90-cı illəri çox tənqid edirlər, bununla mən də razıyam, əməllicə zibilə düşmüşdük, ancaq həyatımız da maraqlı idi. Əyləncəli idi. Məsələn, həmin paradı indi mən xəyalımda, təsəvvürümdə canlandıranda zənn edirəm........

© Müsavat