Göyçaylı Betmen
Dünyanın hər yerində məktəblilərin vəziyyəti çətinləşməkdədir. Fransada 500 min şagird etiraz aksiyalarına çıxmışdı. Açığı, onlar nədən narazıdır, bunu heç özləri də dəqiq bilmir. Həmişə narazı qalmaq, nəsə aksiya keçirmək bir fransız adət-ənənəsi şəklini almışdır.
Bizdə də məktəblilər gah zəhərlənir, gah kimsə onları bıçaqlayır. Ən son isə yenə məktəbə hicabla gedib-getməmək mövzusu gündəmə daşınmışdır. Bu da bizim xalq olaraq bədbəxtliyimizin növbəti təzahürüdür. Güney Azərbaycandakılar başlarını açmaq üçün mübarizə aparırlar, hətta arada 500-dən çox günahsız insanı İran molla rejimi vurub öldürdü. Quzey Azərbaycandakılar isə həşirlə başlarını örtmək istəyirlər. Açığı, məktəbli uşağın saçı açıq qalsa, bundan kim həvəsə düşür, bunu çox da dərk etmirəm. Belə çıxır cəmiyyətdə pedofil manyakların sayı-hesabı yox imiş. Prinsipcə, hələ də 12-13 yaşlı........
