Göy muncuqlu korrupsiya

Qeyri-adi hadisə baş vermişdir, baş nazirin çoxlu restoran, hotel və sairə daşınmaz əmlakı aşkara çıxmışdır. Hazırda Nazirlər Kabineti 3 ay ərzində həmin əmlakların başqa adamın adına keçirilməsi məsələsini həll etməlidir.

Zarafat edirəm, əlbəttə. İkinci cümlədə. Birinci cümlə həqiqətdir və ümumiyyətlə çoxlu əmlakı olmayan baş nazir bizim nəyimizə lazımdır? O ac-yalavac Ermənistandır ki, orda baş nazirin gündə avtobusda peraşki və kartof soyutması yeməsi nümayiş etdirilir. Maşallah, bizim baş nazirləri uca xalqımız heç zaman ac qoymayıbdır, hətta keçmiş baş nazirlərdən Artur müəllim qışın oğlan çağında təzə xiyar salatı yeyərdi.

Özümüz ac qalarıq, təki dövlət qulluqçuları yaxşı yaşasın. Azərbaycan dünyada yeganə dövlətdir ki, onun qulluqçuları dövlətin özündən dövlətlidir.

Qaldı ikinci cümlə, bizdə bütün əmlaklar qanunla qorunur, heç kimin ev-eşiyində xalqın gözü yoxdur. Türkiyədə deyilən aforizm kimi: “Ədalət mülkün təməlidir”. Sayın baş nazirimizin koronavirus pandemiyası........

© Müsavat