Fıştırıqlı köşə |
“At suyu görür, su da atı, fıştırıq nəyə lazımdır?”(Azərbaycan ata sözü)
Öncə 18 sentyabr – Milli Musiqi Günü münasibətiylə bütün zəhmətkeşlərimizi, o cümlədən manısları təbrik edirəm. Ölkəmizdə 300-dən çox orta musiqi məktəbi var. Konservatoriya, Filarmoniya, orkestrlər, qruplar, şadlıq sarayları, konsert salonları... Uzun sözün qısası, biz musiqili xalqıq.
18 sentyabr Üzeyir Hacıbəylinin doğum günüdür, elə bu münasibətlə musiqi bayramını bu günə salmışıq, məncə Üzeyir bəy hazırkı musiqili həyatımızı görsəydi, doğulmağına peşman olardı. Ya da olmazdı – kimə hansı variant lazımdırsa, seçsin. Bizim köşədə plüralizm və tolerantlıq ruhu hökm sürür.
Ta musiqi dəqiqələridirsə, çoxdan ağlımda qalan iki temanı bölüşüm. Biri “Matanı” mahnısıyla bağlıdır. Bildiyiniz kimi, bu, milli rəqslərimizdən biri idi, son illərdə ona maraqlı sözlər də yazılmışdır: “Ay matanı, matanı, matanı, Dərdimə dərd qatanı”. Xalqımız bunu toylarda........