Durğunluq etirafı
Burda yazmaq mümkün olmayan bir lətifədə deyilən kimi, “başımız qarışıb, qazanın dibi yanır”. Ardıcıl iki yazını futbol üzrə dünya çempionatından qaraladım, artıq bəzi oxucular ixtisasımı dəyişdiyimi, idman sahəsinə keçdiyimi zənn edir.
Doğrudur, futbol müdirlərimizin “bacarıq və biliklərinə” baxanda adam həvəslənir, pis fikirlərə düşürsən, deyirsən mən də bura rəhbərlik edərəm, nə var ki, əsas pul silməkdir. Ancaq biz xalqdan, onun gün-güzəranından uzaqlaşmayaq. Orda isə vəziyyət yaxşı deyil və 16 iyunda uca millətimiz qeyri-adi, görünməmiş, bəlkə də analoqu olmayan faktla üzləşdi, lakin qəribədir ki, buna heç kim fikir vermədi. Əlbəttə, futbola başımız qarışmışdır, ayrı nə ola bilər? Camaat başqa vaxt ancaq iqtisadi-siyasi vəziyyəti müzakirə edir – məsələn, Almaniyada.
Fakt isə budur: hökumət iqtisadi sektorda staqnasiya, durğunluq yarandığını........
