Dilənçiliyin yuxarı həddi

Bir sərxoş yolnan gedirmiş, görür kimsə yıxılıb ölüb. Onun ciblərini eşələyir, araq butulkası ilə xiyar turşusu tapır, təəccüblə deyir: “Hər şeyin varmış, niyə ölmüsən?”

Pritçanı xatırlamağıma sayın deputatlarımız səbəb olmuşdur. Dünən onlar İnzibati Məcəlləyə bir çox cərimələr salmışlar. Məsələn, dilənçiliyə görə 200 manat tutulacaq. Ancaq hökumət bunu necə alacaq, mənə qaranlıqdır, axı adamın məntiqlə 200 manatı olsa, dilənməli deyil. (Ya da Milli Məclis işarə edir ki, Azərbaycanda bu saat 200 manatı olmaq elə dilənçi kimi yaşamağın alternatividir. Ay xətəkarlar... Sonra deyirlər, biz siyasətə qarışmırıq, hökuməti dəstəkləyirik və sairə. Buyur. Düşmən ocağın başında, düz təpənin üstündə imiş).

Bəlkə qabaqlar da dilənçilik üçün cərimə varmış, indi məbləği qaldırıblar. Bunu zəruri edən səbəblər çoxdur: Hörmüz boğazının bağlanması,........

© Müsavat