Demokratik hin
“Yumurtlamadın, yumurtlamadın, bəs falı neylədin?”
(Azərbaycan ata sözü)
Rusiyada evdə, həyət-bacada toyuq-cücə, hinduşka, ümumiyyətlə heyvan saxlamaq haqda yeni qaydalar qüvvəyə minib, bu isə vətəndaşları həyəcanlandırıb. Deyirlər gərək toyuqları uçota aldıraq. 10 toyuqdan çox saxlasan, qeydiyata düşməliymiş. Ukraynanın işğalında 1 milyona yaxın insan itkisi verən rusiyalıların toyuqlara görə narahat olmağı da başqa temadır.
Bəs bizdə vəziyyət necədir? Məşhuri-cahan “Böyürtkən qanunu”muzdan sonra toyuq uçotunu tətbiq edə bilərikmi? Bu isə hökumət-xalq münasibətlərində yeni təşvişə, sıxıntıya, incikliyə səbəb olarmı? Papaqdan təzə qafiyə çıxmışdırmı?
Sizə acı xəbər verim: əslində bizdə oxşar qaydalar çoxdan var və hətta Rusiyadakından daha mütərəqqidir. Məsələn, bizdə 1 it, 2 pişik, 50 toyuq, 20 qaz və sairə saxlasan dövlət orqanlarına məlumat verməyə borclusan. Yəni rusların 10 toyuğu........
