Daha yaxşı Məzahir müəllim

Məzahir müəllim yenidən MSK sədri seçilməsi münasibətiylə demişdir ki, etimadı doğruldacaq və daha da yaxşı işləyəcəkdir.

Şübhə etmirik. Etimad söhbətinə. “Daha yaxşı işləyərək” nə edə bilər, bax, bunu fikirləşmək çox çətindir. Çünki həyatda müəyyən rekordlar var, onları qırmaq adətən mümkün olmur. Məsələn, hindistanlı Şridxar Çillal 2014-cü ildə dünyanın ən uzun dırnağına malik olmuşdur. O, 60 il ərzində dırnaqlarının 1 metr 98 santimetrə çatmasına nail olmuşdur. Britaniyalı Tomas Bleksorn dili ilə 13 kilo qaldırmışdır. Almaniyalı Anita Şvars 19 pivə bakalını 40 metr daşımışdır və sairə. Bəs Məzahir müəllim 75 yaşınacan seçkilərimizdə hansı yaxşı, yaddaqalan əməllər törətmişdir? Ən azından, mən bir rekorda canlı şahidəm: rəhmətlik Hacı Madəri 40 il bizim dairədən deputat seçmişdir.

Doğrusu, indi də rəhmətlik deputatımızdırmı, dəqiq bilmirəm, çünki onun özü də bir növ dünya rekordçusu idi, təbliğat plakatları........

© Müsavat