Bir sandıq pambıq |
Öncə bütün müəllimləri bayramları münasibətilə təbrik edirəm. Xalqımız bu peşəni o qədər sevir ki, hamıya “müəllim” deyə üz tutur. İstər avtobus sürücüsü olsun, istər prokuror. İstər qəssab olsun, istər köşə yazarı. Hamımız müəllimik, maşallah. Bu, ümummilli müraciət formasına çevrilmişdir. Necə ingilis “mister” deyir, iranlı “ağa” deyirsə, onun kimi.
Düzdür, son illər Məzahir müəllim seçkilərdə mürəkkəb tətbiq edəndən sonra müəllimlərin həyatda rolu bir qədər azalmışdır. Onları ixtisar edir, cürbəcür attestasiyalardan keçirirlər. Bu da pedaqoqlarımızda haqlı narazılığa səbəb olur. Yanılmıramsa, təzəlikcə keçirilən YAP qurultayında nümayəndələr arasında müəllimlərin sayı ötən illərə nisbətən 30 protokol, 55 bülleten, 79 ultrabənövşəyi mürəkkəb flakonu qədər azalmışdır. Ancaq gərək ümid üzülməsin. Su gələn arxa bir də gələr. Hər kəsin çörəyi xəmirinə görədir. Məkkəyə........