Arvad almağın üsulları haqda
Müsəlmanlar “Qərb bütün yaxşı şeyləri bizdən öyrənib” deyəndə bunu qəribçiliyə salmaq lazım deyil. Həyat özü hər gün bu tarixi prosesin həqiqən olmağını isbat edir. Məsələn, bütün müsəlman ölkələrində jurnalistlər adam yerinə qoyulmur, onları hər yerdən iti qovan kimi qovurlar. Təzəlikcə Amerikanın böyüyü Tramp müəllim 3-4 televiziya jurnalistini Ağ evdən rədd eləmişdi. Düzdür, indi deyəsən məhkəmə həmin jurnalistlərin üzünə Ağ evin qapı-pəncərəsini yenidən açıbdır, ancaq tələsməyin. Tramp nəsə bir təzə bəhanə tapacaq. Günəş həmişə Şərqdən doğur.
Tramp demişkən, İranda bir hamam var, onu 1 şamla qızdırırlar. Bir neçə dəfə hamamı söküb təzədən yığıblar, ancaq şamın sirri çözülməmişdir, əlhəmdüllah. Çox adam bilmir, əslində Tramp İranı həmin şamı söndürmək üçün vurur. Neçə aydır bomba yağır, lakin........
