menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Aktrisanın üçüncü tərəfi

15 0
24.06.2026

Milli banklarımızdan birində problem yaranmışdı, zəhmətkeşlərin axırıncı qəpik-quruşlarını da hansısa ünvanlara köçürürdülər. Xalq dəhşət narahat olmuşdu.

Soruşa bilərsiniz ki, pulumuz yoxdursa, niyə narahat oluruq, bankda problem cəhənnəmə yaransın. Ancaq birdən pulu olmayanlara kredit borcu yazılsa? Hesabımızda milyonlar peyda olsa və biz bu haram vəsaitlərin əlində qalsaq?

Yəni hardan baxsan bu ölkədə kasıbın işi zordur. Varlıya nə var ki? Haram pullar qazanırlar, o üzdən heç veclərinə deyil. Hardan gəlir, hara gedir, bəzən xəbərləri belə olmur.

Yeri gəlmişkən, biz uşaq olanda bu temada bir gözəl pritça var idi, orta məktəbdə keçirdilər, indiki kimi uşaqların baş-beynini boş-boş rəqəmlərlə doldurmurdular. Qısa süjeti belə idi: bir yeniyetmə olur, atası onu işləməyə, pul qazanmağa vadar etmək istəyir. Lakin ana oğluna qıymır, işə göndərmir, öz xərcliyindən uşağa verir, deyir atana bunu göstər, denən qazancım bu........

© Müsavat