136 il Azərbaycanda yaşamaq

 Yaxud, Nizami Gəncəvinin dostunun oğlu ilə tanışlığımın tarixçəsi

Deyir planetin ən yaşlı sakini 136 yaşında rəhmətə getmişdir. Bizim üçün bu xəbəri maraqlı edən isə onun... Azərbaycan vətəndaşı olmağıydı. Sən demə, ən uzunömürlü sakin burada yaşayırmış, biz bilməmişik. Dünya ictimaiyyəti də, həmçinin, bu ədalətsizliyə susur.

136-dan 60-65 il çıxanda təxminən 70-75 il edir, deməli bu vətəndaşımız bu qədər müddət pensiya almağı bacarmışdır. Halal olsun, eyni zamanda, hərəmiz belə yaşasaq hökumət qulluqçuları nə edər? Yazıqların pulu qalmaz, ömürləri qısalar. Halbuki məhz bizim 136 il yaşamağımız onların xidmətidir.

Mənə elə gəlir bu rəqəmdə bir qədər azaltmaya da yol verilmişdir- sosial inkişafımıza göz dəyməsin deyə, güman edirəm rəhmətə gedən yoldaşın aşağısı 200 yaşı varmış. Ya da 300. Bəlkə də 800. Azərbaycan........

© Müsavat