Əziz bayram münasibətiylə |
“Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!
Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?”(Sabir)
Açığı, mən 18 iyunun şanlı vətənimizdə hansı bayram günü olduğunu tamam unutmuşdum, ona görə qonşu uşağı səhər-səhər qapını döyüb əlindəki torbada əti verəndə təəccübləndim. Deyir, atam qurban kəsib, sizi də bayram münasibətiylə təbrik edir. Sonra qaz idarəsindən hansısa sənədə qol çəkdirən gəlmişdi, o da təbrik elədi. Məktəbdən övladımıza dərs deyən müəllim, tindəki taksi sürücüsü, parkın mühafizəçisi, tanış qəssab, qeyri-tanış otsatan (ağlınıza pis fikirlər gəlməsin dərhal, kəkotu, əvəlik, çobanyastığı-filan satır) – uzun sözün qısası, rastlaşdığım hər bir vətəndaş təbriklərini çatdırmağı özünə borc bildi. Mən də sizləri intizarda saxlamadan, fürsətdən istifadə edərək hər bir oxucumuzu 18 iyun – Azərbaycanda insan........