Rusiya TƏLƏYƏ düşdü – Zibil qutusuna atılan "350
Bu yaxınlarda Rusiyada keçirilən rəy sorğusu prezident Vladimir Putinə ictimai etimadın guya 70%-dən yuxarı olduğunu “üzə çıxarmışdı”. Hərçənd, Ukraynaya hərbi təcavüz səbəbilə total qorxu-xof mühitinin bərqərar edildiyi, rejim tənqidçilərinə “xarici agent” damğasının vurulduğu bir cəmiyyətdə obyektiv rəy sorğusundan danışmağa dəymir.
Sözsüz ki, Putinə daha çox onun eşitmək istədiyi rəqəmlər çatdırılır, nəinki reallıqlar. Real mənzərə isə ağırdır və get-gedə bir az da dramatik şəkil almaqdadır...
Məsələn, “Kremlyovskaya Tabakerka” Teleqram kanalının Kremldəki mənbələrə istinadla yaydığı məlumata əsasən, Putin sentyabrın 1-nədək Donetskin tamamilə ələ keçirilməsi əmrini verib. Sitat: “Putin Donetsklə bağlı gecikmələrdən bezib. O, düşmən qoşunlarının payıza qədər oradan tamamilə çıxarılmasını tələb edib. Əgər bu baş verməsə, ciddi kadr dəyişiklikləri olacaq” (Axar.az).
Mənbə hesab edir ki, belə qərarlardan biri müdafiə naziri Andrey Belousovun istefası ola bilər. Çünki o, Donetskin 2027-ci ilin fevral və ya mart aylarından tez ələ keçirilməyəcəyini israr edir. Putin isə........
