Yeniyetmələr yol ayrıcında: AUE -nin milli varia
271 saylı məktəbdə yeniyetmə şagirdlərin arasında baş verən qovğa-mərəkənin təfərrüatına vardıqca kələf dolaşır, kimin haqlı, kimin haqsız olduğunu, münaqişənin haradan, nə üstə, necə başladığını asanlıqla kəsdirmək olmur. Cəncəl işdir.
Tərəfləri danışdırırlar, hər ikisi haqlı çıxır. Zorakılıq edən oğlan özü də ötən il zorakılığa məruz qalıbmış. Onu həm dizindən bıçaqlayıblar, həm də son günlərə qədər bullinq ediblər, bıçaq yarası aldığını baş qaxıncına çeviriblər, “daha yuxarıdan vurmaq”la hədələyiblər. O da əsas rəqiblərindən birinə yumruğu lap yuxarıdan vurub – özü də çox amansızcasına, nokaut etməyə çalışırmış kimi.
Keçmiş zərərçəkənin, hazırkı zərərvuranın videosu insanlarda haqlı hiddət doğurur. Hətta konfliktin dərinliyinə dalanda və onun bu hərəkətləri səbəbsiz, kefikökükdən etmədiyini biləndə də, ona haqq qazandırmaq olmur. Çünki bu yeniyetmənin tutduğu yol, “düşmən”indən öz bildiyi kimi qisas almaq ehtirası onu axırda ya həbsxanaya, ya da xəstəxanaya (yaxşı halda) aparacaq.
Üstəlik, o, bu günlərdə uzun tiyəli bıçaqla çəkdirdiyi şəklini paylaşıb. Bu, onun öz “düşmən”lərinə meydan oxuması ilə yanaşı, kriminal aləmin bir addımlığında olmasının göstəricisidr. O, artıq özünü “sözünü........
