Yazıçı hara, “futbolçu cığallığı” hara? – “Şəkil |
6-7 il öncə yazıçı Şərif Ağayarın “Şəkil” adlı hekayəsini “Kulis.az” saytında oxuyanda “şedevr” saydım və hekayəni indi oxuduğunz saytda təkrar çap etdik. Resenziya da yazdım, hekayəni də, yazıçının ustalığını da təqdir etdim.
Ondan sonra da Şəriflə vaxtaşırı yazışırıq, rastlaşanda söhbətləşirik, sosial şəbəkədə rəy, şərh mübadiləsi edirik. Yəni aramız yaxşıdır. Ancaq kaş dünən o, Feysbuk səhifəsində o postu yazmayaydı, mən də oxumayaydım.
Biabırçı qeydlərdir. Bu cümlələr nəinki Şərif Ağayar kimi 50 yaşını geridə qoymuş, özünü yazıçı kimi təsdiqləmiş, istedadlı nasir və naşir kimi ad çıxarmış bir qələm adamına, ümumiyyətlə, özünü ziyalı hesab edən heç kəsə yaraşmaz. Bunu etsə-etsə, yaradıcılığa yeni başlayan və necəsə, bir yolla adını duyurmağa çalışan gənc biri edər. Bu, hətta “üzrlü səbəbdən” olsa da, qəbahətdir.
Necə yəni “Mirzə Babayev istisna heç kim öz səsi ilə oxumaq istəmir”?.
“Rəşid Behbidov kimi yüksək uydurulan orta səviyyəli sənətkar gey səsi üçün əziyyət çəkir” nə deməkdir?
Adamın barmaqları bu sözləri yazarkən kompüter klaviaturasının düymələrini necə basa bilər? Öz gözəl səsi ilə 50-60 (bəlkə də çox) ölkədə Azərbaycanı təmsil etmiş bir şəxsin səsini “gey........