menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Qürbət eldə can verməyin ölümə! – muzdla döyüşmə

16 0
27.12.2025

Təxminən 10-11 il öncəydi, bir səhər saytlarda xəbər yayıldı ki, ADNA-nın 4 tələbəsi gecəylə Pakistan-Əfqanıstan tərəflərə yola düşüblər. Bu haqda ADNA rəhbərliyi, hətta Təhsil Nazirliyi də açıqlama verdi.

Medianın yüngülvarı araşdırmasından sonra məlum oldu ki, tələbələr dindar imişlər, neçə vaxtdır vəhhabi sektasına qoşulubmuşlar, bu günlərdə isə onlardan “cihad”a əməli dəstək verməsi tələb olunub və kimsə onları səfərbər edərək Əfqanıstanda “kafirlərə qarşı din-iman savaşı” aparan “Taliban”ın döyüşçüsü olmağa aparıb.

O zaman bu hadisə cəmiyyətdə şok effekti yaratmışdı. Sosial şəbəkələrdə minlərlə istifadəçi bu barədə yazır, özümüzün Qarabağ problemimiz olduğu halda gənclərimizin yeddi ölkə o yanda “din savaşı” pərdəsi altında aparılan vətəndaş müharibəsinə göndərilməsini qınayırdılar.

Ancaq onlar cavabsız da qalmırdılar. Özlərini mömin elan etmiş din fanatikləri gənclərin yad ölkələrdə labüd ölümə aparılmasına qarşı çıxanları söyür-qarğayır, “kafir”, “dinsiz-imansız” adlandırır, hədələyirdilər.

Daha sonra dindar gənclərin İraq və Suriya ərazisində qondarma “İraq-Şam İslam Dövləti” (İŞİD) yaratmış ekstremistlərə dəstək üçün səfərbər edilməsi prosesi başlandı. Konkret olaraq Sumqayıt, Qaraçuxur və Müşviqabad məscidləri........

© Müsavat