Qumara qoyulan ölkə - 800 min dollarlıq mərci ki

İrana qarşı müharibənin quru əməliyyatı fazasına keçəcəyi barədə açıqlamalar artıb. ABŞ anons verib, İran hazırlıq görür, Avropa narazıdır, regionun böyük ölkələri (Türkiyə, Rusiya) etiraz edir, o biri qonşular narahatdır.

Bu xüsusda ekspert rəyləri də çoxalıb. Onlar İranın Əfqanıstan və İraq olmadığından, Tehran yerüstü savaşa daha hazırlıqlı olduğundan, bir neçə milyon əsgər toplamaq potensialından danışırlar.

İranın ərazisinin böyük olmasının, relyefinin yadelli işğalçılara müqavimət göstərmək imkanı baxımından daha əlverişli olduğunu deyənlər var.

Yerli əhalinin hakimiyyətdən narazı olan kəsiminin xarici intervensiya qarşısında qalarkən hökumətin ətrafında birləşmək xüsusiyyətinə vurğu edənlər də az deyil.

Trampın bu niyyətinin həyata keçirmək istərkən özünü Putinin, ölkəsini 4 ildir Ukraynada ilişib qalan Rusiyanın durumuna salacağı iddiaları daha yayğındır.

Gerçəkdən də İran Əfqanıstan və İraq deyil, meydan savaşına, səngər döyüşlərinə daha hazırlıqlıdır. ABŞ və İsrail İran ərazisinə 100 minlik qoşunla soxulsa, İran onun qarşısına 1 milyonluq ordu hissələri çıxara bilər.

Fərq ondadır ki, müasir müharibələr Çingiz xan və Əmir Teymur dövrünün müharibələrindən çox fərqlənir. İndi sıravi döyüşçülərin və süvarilərin say çoxluğu önəmli deyil.........

© Müsavat