menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Onlar İranı xilas edə bilərdilər...

37 0
21.03.2026

Müsəddiq-Bəzirgan-Pezeşkian xətti qonşu ölkənin nicat yoludur

İran prezidenti Məsud Pezeşkianın ölkəsinin idarə edilməsində tutduğu mövqe və əlində real hakimiyyət cəmləşdirən qüvvələrlə münasibəti barədə hələ keçən ilin iyununda saytımızda “Devrilmiş prezidentin xələfi – Pezeşkianın aqibəti Bənisədrinki kimi ola bilər” başlıqlı yazı vermişdik.

Bu gün həmin mövzuya yenidən qayıtmaq ona görə vacib olub ki, bildiyimiz kimi, İranda dövlətin dini və hərbi rəhbərliyinə daxil olan vəzifəli şəxslər ard-arda ABŞ-İsrail qüvvələri tərəfindən qətl edilməkdədirlər.

Bu fonda prezident Pezeşkianın önə çıxacağı, yaranmış hakimiyyət boşluğunu öz komandası ilə legitim şəkildə doğruldacağı gözlənilsə də, bu, baş vermir. Hətta əksinə, İrandan gələn xəbərlər və Pezeşkianın komandasından səslənən etiraflar göstərir ki, xalqın səsi ilə seçilmiş mülki hakimiyyətin səlahiyyət çərçivəsi bir az da daralıb. Hakimiyyət tam olaraq teokratik qüvvələrin və onların hərbi qanadının əlinə keçib.

Əslində islam inqilabından qısa müddət sonra (təxminən 6-9 ay) İranda hakimiyyət həmişə klerikalların əlində olub. Yalnız inqilabın ilk ilində İranda dünyəvi dövlətlərə xas hakimiyyət bölgüsünün təqlidinə oxşar bir şey müşahidə edilib. Ancaq Xomeyninin komandası onların axırına çıxaraq, dini rejim qurublar.

1978-1979-cu illərdə İranın şah rejiminə müxalif olan bütün qüvvələr dini lider Ruhulla Xomeyninin ətrafında birləşərək inqilab edəndə heç də teokratik qüvvələrin dövlətin idarə edilməsində şəriksiz hakim rola malik olacaqlarını düşünməyiblər. Onlar inanclı müsəlman olsalar da, Qərbdə təhsil aldıqlarından və dövlətin uğurla idarə edilməsinin optimal yollarını bildiklərindən ruhanilərin........

© Müsavat