O, nə Beyrək idi, nə də Davud - o, aktyor Rasim
Əslində yaşına görə Rasim Balayev haqqında “vaxtsız vəfat etdi” ifadəsi işlətmək düzgün deyil, sənətkarın 78 yaşı vardı. Amma bu cür yaradıcı, parlaq sənətçilər neçə yaşda olur-olsun, aramızdan gedirsə, vaxtsız vəfat etmiş, yeri dolmaz itki sayılır.
Onun “haqqında əsl qiymətini sağlığında almadı” demək də mümkün deyil. Rasim Balayev hələ 28 yaşında “Əməkdar artist” adı almışdı, 1982-ci ildən “Xalq artisti” idi. Aktyorun orden-medal qalereyasında ölkənin ən prestijli ordenləri var: “Şöhrət”, “Şərəf”, “İstiqlal” və s. O, 21 il idi ki, fərdi təqaüdçü idi. Yəni maddi sıxıntısı yox idi.
Ancaq son illərdə Rasim Balayevə qarşı yersiz hücumlar, onun canını incidən, sənətinə küsdürən söz-söhbətlər oldu.
Nə qədər yazılar yazdıq, bu fani dünyada belə sənətkarların qədrini bilməyin, onları yersiz yerə incitməməyin lazım olduğunu dedik, xeyri olmadı. Siyasi ehtiraslar, cılız intriqalar üstün gəldi.
Budur, Rasim Balayev həyatda yoxdur, özüylə heç nə aparmadı, hər şeyini – tutduğu postu, aldığı orden-medalları,........
