İran Yaponiya kimi etsəydi... – dünyanın 10 qüdr
Bu gün siyasəti az-çox bilən, dünyanı pis-yaxşı tanıyan insanların arasında sorğu keçirsək, “Hazırda dünyanın ən sülhsevər, qeyri-aqressiv, amma qüdrətli dövləti hansıdır” sualı qoysaq, əl-əlbət, çoxları Yaponiyanın adını çəkəcək.
Gerçəkdən, bu ölkə öz sülhsevərliyi, insanlarının mülayimliyi, mötədilliyi, siyasi xadimlərinin səbatlılığı, ciddiliyi, gözütoxluğu ilə tanınır. Hansısa yaponiyalı siyasətçi heç vaxt başqa dövlətin daxili işlərinə qarışmaz, kateqoruk fikir söyləməz. Xarici siyasətdə onların yeganə dərdi Kuril adalarını Rusiyadan geri almaqdır, bunu da həmişə hirs-hikkəsiz dilə gətirir, niyyətlərinə xoşluqla çatmaq istəyirlər.
Bəs II dünya müharibəsindən əvvəl necə olub?
II dünya müharibəsindən əvvəl Yaponiya Hitler Almaniyası qədər aqressiv, işğalçı, əzazil bir dövlət olub. Yapon imperatorunun rüsxəti, imperiya baş nazirinin əmri ilə Yaponiya 1939–1945-ci illərdə Şərqi və Cənub-Şərqi Asiyada, eləcə də Sakit okeanda geniş əraziləri işğal edərək "Böyük Şərqi Asiyanın birgə çiçəklənmə sahəsi" yaratmağa çalışıb. Yaponların ələ keçirdiyi əsas ölkə və ərazilər aşağıdakılardır: Çin (Mançuriya da daxil olmaqla), Koreya, Filippin, İndoneziya, Malayziya,........
