Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənil
Son günlər Rusiyanın rəsmi şəxslərindən Ermənistanın ünvanına töhmət-təhniz, qaxınc-minnət, tələb-təhdid səciyyəli açıqlamalar xeyli artıb.
Bunun əsas səbəbi odur ki, 2019-ci ildən, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanın Avropaya inteqrasiya yolunda atdığı addımların geridönməz xarakter aldığı Kremlə tam çılpaqlığı ilə əyan olub.
Bu vaxta qədər Moskva Paşinyan iqtidarına hər növ təzyiq edir, bəzən dirsək göstərir, bəzən ayağa verir, gah pisim-pişimlə davranır, gah da açıq şəkildə hədələyirdi, amma bütün bunlar effektiv olmadı, “yeni təfəkkürlü ermənilər”i yollarıdan döndərmədi.
Əslində Paşinyan başda olmaqla Rusiyadan üz döndərmiş ermənilər buraya qədər düz xətlə, birbaşa gəlməyiblər. Onlar da Kremllə oynayırr, gah özlərini sədaqətli göstərir, gah da üzlərini bozardır, hər cür manevr edir, amma çatmaq istədikləri mənzilin istiqamətini əldən vermirdilər.
İndi ruslar görür ki, Ermənistan Avropanın kandarında dayanıb ayağının palçığını təmizləyir və bir azdan içəriyə daxil olacaq. Rusiya Ermənistanı məhz Avropanın astanasından geri qaytarmaq istəyir. Ona görə Moskvadan İrəvanın ünvanına səslənən hədələr, töhmətlər artıb.
Keçmiş SSRİ ölkələrinin Avropaya inteqrasiyası Rusiya üçün qırmızı xətdir. Moskva burada istisnanı yalnız üç Baltikyanı ölkəyə........
