Ekstra diksiyanın təhlükəsi – dövlətlər anlaşır, |
Özbəkistan prezidenti Şavkat Mirziyoyevi açıq efirdə təhqir edən özbək bloqerin Azərbaycanda saxlanılaraq Özbəkistana təhvil veriməsi, orada isə 4 illik həbs cəzasına məhkum edilməsi göstərir ki, qloballaşan dünyada belə şeylərin axırı yoxdur.
Ad-soyadının baş hərfləri (A.Y.) göstərilən şəxs Mirziyoyevi 2023-cü ilin fevral ayında Almatı şəhərində olarkən təhqir edib, “TikTok”-da canlı yayım açıb, Şavkat müəllimin haqqında yava-yava danışıb.
Onun nəyə görə belə hərəkət etməsinin səbəbi açıqlanmır, amma orası bəllidir ki, ondan sonra A.Y. daha Özbəkistana qayıtmayıb. Belə görünür ki, o, Almatıdan Azərbaycana gəlib, bir müddət burada gizlənib, sonra yaxalanıb. Əslində A.Y. Qazaxıstanda qalsaydı, Qırğızıstana və ya Türkmənistana keçsəydi, hətta Türkiyəyə sığınsaydı da, onu tutub Özbəkistana verəcəkdilər. Çünki bu ölkələr müttəfiqdirlər, TDT-də birləşiblər, onlar üçün hər hansı bloqerin taleyinin qara quruş qədər dəyəri yoxdur.
İndi özbək bloqer səsləndirdiyi təhqirlərə görə peşman olduğunu, bir daha belə şeylər etməyəcəyini deyir. Əlbəttə, etməyəcək. İndi xirtdəyi əldədir, 4 illik cəzasını çəkəndən sonra da ölkədən kənara buraxmayacaqlar,........