Don't be afraid, Mr. John - "ölkədən təcili çıxı

ABŞ rəhbərliyinin ölkə vətəndaşlarına müraciətlə Azərbaycana getməməyi tövsiyə etməsi bir qədər gözlənilməz olsa da, ağlabatan izahı da var.

Bu xəbərdarlığın ölkəmizin dünənə qədər qızğın müharibə gedən, bu gün nisbi sakitlik olsa da, sabah nə olacağı bilinməyən regionda, İranın qonşuluğunda yerləşməsi ilə bağlı olması ən ciddi versiyadır. Hesab olunur ki, ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa edə və onu daha effektiv bombardmana məruz qoya bilər, bu zaman amerikalılar odla su arasında qalarlar.

Son iki ayda bu ehtimal çox güclüdür. Amma bu xüsusda bir gümanı da nəzərdən keçirmək lazımdır. Bu da İranın qonşuluğunda olmağımızla bağlıdır.

Məsələ ondadır ki, İranın ölkəmizdə xeyli adamı var: İran kəşfiyyatına bağlı qruplar və İrana sarsılmaz rəğbət bəsləyən fanatiklər. Söz yox ki, ABŞ rəhbərliyi ölkəmizdəki iranpərəstlərin geniş şəbəkəsindən xəbərdardır və ola bilər ki, həmin şəbəkəyə daxil olan şəxslərin Azərbaycana gəlmiş amerikalıların həyatına təhlükə törədəcəyini düşünür.

Bu versiyanın həqiqət payını artıran əsas məqam odur ki, indiyədək ABŞ Dövlət Departamentinin müvafiq........

© Müsavat