Azər Həsrəti niyə söyürlər? - ərəb-fars-ruspərəs

Ötən həftə sosial şəbəkələrin milli seqmentində adı ən çox hallandırılan şəxs jurnalist və ictimai-siyasi fəal Azər Həsrət oldu.

Onun əvvəlcə islam dininin türk xalqlarına təsirinə dair dediyi sözlər geniş ictimai polemikaya, qalmaqala rəvac verdi, daha sonra Rusiya tərəfindən işğal olunan xalqların rus mədəniyyətinin basqısına məruz qalmasına dair fikirləri ikinci bir polemika dalğası törətdi.

“Polemika” deyəndə mədəni çıxır, əslində ortada ciddi bir fikir dartışması, arqumentlər mübadiləsi yox idi, həm ərəb-farspərəstlər, həm də ruspərəstlər Azərin adına eləcə kütləvi şəkildə pis-pis epitetlər qoşur, açıq-aşkar söyür, təhqir edirdilər.

A.Həsrətin dedikləri ilə razılamamaq və mübahisə etmək, əlbəttə ki, mümkündür, hətta zəruridir, amma onun opponentləri yalnız təhqir yolunu seçmişdilər və psixoloji terror mühiti yaratmışdlar. Başqa adı yoxdur, bu, məhz psixoloji terror mühitidir.

Həm də çox qəribəydi, özlərini daha üstün mədəniyyətin daşıyıcısı kimi göstərənlər elə ilk cümlələrindəcə palaz-payəndaz səviyyəsi sərgiləyirdilər.

Belə ağır sözlü ritorika müxtəlif dini məzhəblərə tapınan sektant........

© Müsavat