Az idi zəhlətökən, Zöhran da Nyu-Yorkda zühur et |
Amerika Birləşmiş Ştatları gerçəkdən də böyük imkanlar, parlaq perspektivlər ölkəsidir.
Belə olmasaydı, Keniyada keçi otaran kişinin nəvəsi (Barak Obama) gəlib 50 dövlətin birləşməsindən əmələ gəlmiş və dünya hegemonu olan dövləti 8 il boyunca idarə edə bilməzdi.
Elə kasıbçılıq üzündən İtaliyadan gəlib ABŞ-yə sığınmış və birtəhər santexnika ustası işinə düzəlmiş kişinin oğlunun (Rudolf Culianinin) da 8,5 milyon əhalisi olan Nyu-Yorkun meri olması da ABŞ-nin fərqli ölkə olması üzündəndir.
Hollivud aktyoru Arnold Şvartsneggerin Kaliforniya qubernatoru seçilməsi faktını da xatırladaq. Kaliforniya müstəqilliyini elan etsə, dünyanın 10 ən güclü ölkəsindən biri olar.
Bu cür misalları bir qəzetin 16 səhifəsinə yetəcək qədər uzatmaq mümkündür. Çünki ABŞ dünyanın dörd tərəfindən, 200-dən artıq ölkəsindən gəlmiş və hərəsi öz sahəsində böyük uğurlar qazanmış adamlarla doludur.
Nyu-Yorkun indiki meri Zöhran Mamdanini də onlardan biri hesab etmək olar.
Hərçənd 34 yaşlı bu şəxsin dünyanın ən məşhur, ən varlı, baş paytaxtı sayılacaq şəhərinin rəhbəri seçilməsi təkcə fərasət, istedad, şans əsəri deyil. Adamın yolunu hamarlaya-hamarlaya bura qədər gətirənlər var. Yoxsa Hindistan-Uqanda əsilli biri bu yaşda o boyda vəzifəyə necə gələ bilərdi...
(Böyük redaksiyalarda 34 yaşlı jurnalisti redaktor təyin etmirlər ki, hələ gəncdir, təcrübəsi kifayət qədər deyil).
6 ay öncə Zöhran Mamdani Nyu-York meri seçiləndə ölkəmizdə onun dini mənsubiyyətinə vurğu edərək şəxsinin ölkəmiz........