menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Armen üçün yolayrıcı – düzgün seçim etməsə...

17 0
15.05.2026

Artıq bütün kartlar açılıb, heç bir diplomatik cümləpərdazlığa yer qalmayıb, maraqlı dövlətlər Azərbaycan-Ermənistan nifaqına öz münasibətlərini açıq-aşkar ortaya qoyublar.

Fransanın ermənifil mövqeyi birmənalı şəkildə ortadadır. Rəsmi Paris bu ölkəyə öz içindəki Marsel kimi baxır. Fransa siyasi arenasında Ermənistanı doğma saymayan bir siyasi qüvvə belə yoxdur.

Rusiyanın baş nazir Paşinyanı devirərək, yenidən Ermənistanı götürmək istəməsi heç vaxt olmadığı qədər açıq və ciddidir. Kreml Köçəryan-Sarkisyan tandemini yenidən iş başına gətirmək, bu marionetlərin hesabına Qafqazda möhkəmlənmək əzmindədir.

Türkiyə Qarabağ münaqişəsinin bitdiyinə, Azərbaycanla Ermənistanın sülhə yaxınlaşdığına əmin olaraq, İrəvanla arasındakı buzları əritmək, sərhədləri açmaq. qarşılıqlı faydalı ticarət münasibətləri qurmaq fikrindədir.

Avropa İttifaqının bəzi ölkələri (Belçika, Niderland) katolikosdan artıq ermənilik etmək niyyətindədirlər, Azərbaycan və Ermənistan arasındakı yaxınlaşmanı tormozlamaq, müharibə vəziyyətini saxlamaq istəyirlər.

ABŞ-nin yeni administrasiyası Qafqazda müharibənin yenidən alovlanmasında maraqlı deyil. Vaşinqtona bölgədə sülh lazımdır. Ağ Ev bu münaqişədə tərəf tutmaq istəmir,........

© Müsavat