“Patriot” ruslar Stalini niyə sevirlər – əsl səb
Rusiyada Stalin dövrünə xiffətin rəsmi səviyyədə olduğuna dəlalət edən daha bir hadisə baş verib: məhkəmə sovet dövründəki repressiyaların tədqiqatçısı Oleq Novoselovu həbsdə saxlayıb.
Bu şəxs Stalin dövründə kompartiya-NKVD rejiminin Uralda həyata keçirdiyi siyasi repressiyaları araşdırıb, Sverdlovsk vilayətinin arxiv sənədləri ilə işləyib və təbii olaraq aşkar edib ki, 1930-50-ci illərdə bu regionda da xalqa, ziyalılara, partiya xadimlərinə qarşı terror baş verib, on minlərlə günahsız insan məhv edilib.
Yazdığı və dərc etdirdiyi məqalələrdən sonra tədqiqatçının barəsində cinayət işi açılıb və onun adı "terrorçular və ekstremistlər" siyahısında yer alıb.
Son 4 ildə Rusiyada yüzlərlə alim, yazıçı, jurnalist, rejissor, müğənni və başqa bu kimi peşə sahiblərinin ya “xarici agent”, ya da “ekstremist-terrorçu” elan edilməsi, adlarının xüsusi reyestrə salınması yeni hadisə deyil. Kiminsə “Ukraynaya qarşı müharibəyə başlamaq düzgün deyildi” deməsi kifayətdir ki, adını həmin siyahıların birində görsün. Bunu “rus ordusunun nüfuzuna xələl gətirmək, onu gözdən salmaq cəhdi”........
