“Öp, əə” – Bayraqları bayraq edən həm də yol keç

Sumqayıtda milli bayrağımıza qarşı hörmətsizlik edən və bir gün sonra yaxalanan gəncin psixi baxımdan narahat biri olması məsələnin mahiyyətini bir az dəyişir.

Amma həqiqətənmi o gəncin ruhi vəziyyəti taraz deyil, yoxsa bunu onun yaxınları, hüquq işlərini bilən biri uydurub? Hələ bəlli deyil.

Gəncin yerişindən təşəxxüslü, özünü bir şey sanan biri olduğu görünür. Həm də bayrağa yumruq atıb getdikdən 5-6 saniyə sonra geri qayıdır və daha bir əcaib hərəkətə yol verir. Bu, onu göstərir ki, onun birinci etdiyi hərəkət spontan, impulsiv xarakterli deyil. O, etdiyi hörmətsizlikdən ürəyi soyumadığı üçün geri qayıdır.

Düzdür, gənc həmin qəbahəti törətdikdən sonra qolundan yapışan daha cantaraq gəncin qarşısında cücəyə dönür və onun “öp, əə” tələbi ilə yaxınlaşaraq bir az əvvəl pis bir jest etdiyi bayrağı öpür, amma bütün bu hərəkətlərdən onun tam ağlı başında biri olduğu sezilir.

Onun özündən güclünün əmrinə tabe olması, onun dediyini etməsi, daha sonra onu tüpürdüyünü yalamağa məcbur edən şəxsə barışıq əli uzatması........

© Müsavat