menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

“Böyük İsrail” planı gerçəkdən varmı?

30 0
07.03.2026

Bu fikri populyarlaşdıran adam Türkiyənin sabiq baş naziri Nəcməddin Ərbakan olub. Məhz o, 1992-ci ildə ABŞ-nin və İsrailin gizli “Böyük İsrail planı” olduğunu bildirib. Ərbakanın həmin çıxışının videosu da var.

O zamandan bəri bu video milyon dəfələrlə tirajlanıb. Artıq milyonlarla müsəlman səmimi qəlbdən inanır ki, belə bir plan həqiqətən də mövcuddur və hazırda Yaxın Şərqdə baş verən hadisələr, gedən proseslər həmin planın gerçəkləşdirləməsi prosesinin tərkib hissəsidir.

Nəcməddin Ərbəkan savadlı, geniş dünyagörüşə malik, əngin siyasi təcrübəsi olan adam idi. Eyni zamanda o, islamçıydı və dini siyasətə alət etmək kimi neqativ siyasi xətdən vaz keçmirdi. N.Ərbakan və onun ardıclıları bu sayədə böyük siyasi divident əldə etmiş, hətta 1996-cı ildə keçirilən seçkilərdə seçki birincisi olaraq hökumət kabineti formalaşdırmaq hüququ qazanmışdılar.

Ərbakanın nə dərəcədə dürüst düşüncəli, demokrat və obyektiv biri olduğuna bələd olmaq üçün onun 1994-cü ildə Bingöldə xalq qarşısında etdiyi çıxışdan bir fraqmentə diqqət yetirmək kifayət edir. Ərbakan demişdi: “Allahın iradəsi ilə əzab dövrü bitdi. Zülm bitdi; Türkiyədə Rusiyadan daha böyük bir inqilab baş verdi. Rusiyada kommunizm çökdüyü kimi, Türkiyədə də Qərb təqlidi və kafirlərə itaətkarlıq çökdü. İndi bu ölkədə 12 partiya yoxdur. Yalnız 2 partiya var - haqq və batil. “Rifah” istisna olmaqla,........

© Müsavat